İyul 30, 2018 11:46 Asia/Baku
  • İmran xanın andiçmə mərasimi avqustun 14-dən qabaq keçiriləcək
    İmran xanın andiçmə mərasimi avqustun 14-dən qabaq keçiriləcək

"Təhrike İnsaf" partiyasının bir rəsmisi İmran xanın baş nazirlik üzrə andiçmə mərasiminin avqustun 14-dən qabaq keçiriləcəyindən xəbər verib.

Bu partiya rəsmisi əlavə edib: İmran xan avqustun 14-ə təsadüf edən Pakistanın istiqlaliyyət günündən öncə bu ölkənin yeni baş naziri kimi and içəcək.

O, deyib: Kiçik partiyalar və müstəqillər ilə yeni koalisiya dövlətinin təşkili üzrə məşvərətlər davam edir.

Hərçənd "Təhrike İnsaf" partiyası bu ölkə parlamentində yeganə böyük partiya kimi 2018-ci il iyulun 25-də keçirilən 13-cü ümumölkə seçkilərində seçilə bildi, amma hələ dövlətin təşkili üçün lazımi yerlərə ehtiyac duyur.

Pakistanın yeni baş naziri İmran xan nazirlər kabinetini təşkil etmək üçün koalisiya yaratmalıdır.

Pakistan seçki komissiyası tərəfindən yayılan son nəticələrə görə, İmran xan 115 parlament yeri qazanıbdır ki, bu da əksəriyyətdən on iki yer azdır.

Teqlər