Qəzzə mühasirəsinin ləğvi gəmisindəki fəallar həbsdədirlər
Qəzzə mühasirəsinin yarılması üzrə beynəlxalq komitə bildirib: Ötən cümə günü Qəzzə dənizinin mühasirəsinin ləğv edilməsi istiqamətində bu zolağa doğru yola düşən Qayıdış gəmisindəki 20 beynəlxalq fəal hazırda sionist rejimin həbsindədir.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qəzzə mühasirəsinin yarılması üzrə beynəlxalq komitənin rəhbəri Zahir Biravi çərşənbə axşamı günü mətbuat konfransında bildirib: Sionist rejim Qayıdış gəmisində israilli olan bir neçə sakini azad edib. Lakin beynəlxalq media fəalları olan digər sərnişinlər hələ də həbsdədirlər.
Biravi əlavə edib: Sionist rejim yanında Azadlıq Gəmiləri Koalisiyasının vəkilləri həbs olunan fəallarla görüşüblər.
Qəzzə mühasirəsinin yarılması üzrə beynəlxalq komitənin rəhbəri deyib: Sionist rejim regional sularda Qəzzəyə doğru gedən Qayıdış gəmisinə hücum edib, bu zolağa göndərilən humanitar yardımları gəmi ilə birlikdə müsadirə və qarət edib.
Qayıdış gəmisi Qəzzə mühasirəsinin yarılması üçün Azadlıq Gəmilərindən biridir. Bu gəmi bir müddət öncə yola çıxmışdı və ötən cümə günü Qəzzə sahilinin bir neçə milliyinə çatdı. Lakin sionist rejim ordusu həmişəki kimi ona hücum edib və təcavüzkar hərəkətdə gəmini bütün sərnişinləri ilə birlikdə saxlayıb və Aşdud limanına aparıb.