Avq 03, 2018 08:29 Asia/Baku
  • Məhəmməd Əli Husi
    Məhəmməd Əli Husi

Yəmən Ali İnqilabçı Komitəsinin sədri Ərəbistanın başçılıq etdiyi koalisiyanın Əl-Hudəydə liman şəhərinə olan hücumlarının ardınca deyib: Səudiyyə-Amerikan koalisiyanın bu hərəkəti müharibə cinayəti, beynəlxalq qanunları aşkar formada pozulması və bu kualisiyanın terrorçu mahiyyətinin göstəricisidir.

Səudiyyə koalisiyası cümə axşamı Yəmənin qərbində yerləşən Əl-Hudəydə liman şəhərinə hücumlarının davamında yaşayış məntəqələri, Əs-Surə xəstəxanası və balq bazarını bombalayıb. Bu hücumda 52 yəmənli həlak olub, yüzdən çox adam da yaralanıb. 

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi cümə günü səhər Ərəbistanın başçılıq etdiyi koalisiyanın Əl-Hudəydə şəhərində törətdiyi qırğını BMT-nin Təhlükəsizlik Şurası üçün ən problemli məsələ adlandırıb və deyib: ABŞ, Britaniya, Ərəbistan, BƏƏ və onların müttəfiqləri hər gün müxtəlif cinayətlər törədirlər və qanunları heç bir maneə olmadan pozurlar. 

Məhəmməd Əli Husi Vaşinqton və Londonun Təhlükəsizlik Şurasının Yəməndə sülh haqqında hansısa qətnamənin qəbul olunmasına icazə vermədiklərinə işarə edərək, deyib: Yəmən xalqı çox yaxşı bilir ki, yəmənli uşaqları və qadınları qırğın edən ABŞ və müttəfiqlərinin istehsal etdikləri silahlardır. Beynəlxalq qanunlar və insan haqlarının döyüş bölgəsindən kənar məntəqələrin sivil ərazilərin və həkimlərin hədəfə alınmasını qadağan etsə də səudiyyə-amerikan koalisiyası buna əhəmiyyət vermir. 

Yəmənin Ali İnqilab Komitəsinin sədri həmçinin deyib: Əgər BMT-nin Təhlükəsizlik Şurasının üzvləri Yəməndə slüh istəyirlərsə Ərəbistanın başçılıq etdiyi koalisiyanın qırğınlarını müharibə cinayəti olaraq tanımalı və Yəmənə qarşı hücumları dayandırmalı, cinayətkarları cəzalandırmalıdırlar. Bu addımlar Yəmən xalqının haqq və hüquqlarının təmin edilməsi üçün atılacaq minimum addımlardır. 

Teqlər