Avq 03, 2018 08:49 Asia/Baku
  • Terrorçular Hələbi vurdu

Silahlı müxaliflər və terrorçuların Hələb şəhərinə olan hücumunda 9 nəfərin öldüyü və yaralandığı bildirilir.

Sputnik-in cümə axşamına olan məlumatına görə, terrorçuların minaatanlardan istifadə edərək, Hələb şəhərinə olan hücumunda 4 nəfər ölüb, 5 nəfər də yaralanıb. 

Bu məlumata görə, terror hücumlarının hədəfi Hələb şəhərinin mərkəzi meydanı və şəhərin qərb hissəsinin Su İdarəsinin həyəti olub. 

Terrorçular və silahlı müxaliflər iki gün öncə də Hələb şəhərinin Həmdaniyə məntəqəsini hədəfə almışdılar. Bu hücumda da iki nəfər həlak olmuş, 7 nəfər isə yaralanmışdı. 

Suriyanın dövlət xəbər agentliyi Sana 16 iyul 2018-ci il tarixində İsrail rejiminin Hələb şəhərinin ətrafında bir hərbi bazaya raket zərbələri endirməsindən xəbər vermişdi. 

Terrorçuların Hələb şəhərinə hücumları Suriya hökumətinin didərginləri öz evlərinə qayıtmağa həvəsləndirmək məqsədilə şəhərin bəzi hissələrində bərpa əməliyyatına başlamasının ardınca başlanıb. 

Hələb rəsmilərinin dediklərinə görə şəhərin bərpası əməliyyatı infrastrukturların bərpa edilməsi, ailələrin ünvanlı yardımlar ilə təmin olunması və təhlükəsizliyin təmin edilməsindən ibarətdir. 

Teqlər