Yəmənlilər Cizanı raketlə hədəfə alıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i319756-yəmənlilər_cizanı_raketlə_hədəfə_alıblar
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi dünən gecə yerli istehsal olan "Bədr-1" raketi ilə Səudiyyə Ərəbistanının cənubunda Cizanda yerləşən Səudiyyə hərbçilərinin mövqelərini hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2018 07:04 Asia/Baku
  • Yəmənlilər Cizanı raketlə hədəfə alıblar
    Yəmənlilər Cizanı raketlə hədəfə alıblar

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi dünən gecə yerli istehsal olan "Bədr-1" raketi ilə Səudiyyə Ərəbistanının cənubunda Cizanda yerləşən Səudiyyə hərbçilərinin mövqelərini hədəfə alıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, hələlik bu hücumun təfərrüatı barədə məlumat yayılmayıb. 

Yəmən ordusu və xalq komitələrinin raket bölməsi bir neçə saat öncə də bir ədəd " Zilzal-1" raketi ilə Səudiyyə muzdlularının Cizandakı mövqelərini hədəfə alıblar. 

Yəmən ordusunun sözçüsü Şərəf Loqman öncə bildirmişdi ki, Yəmənə qarşı təcavüz və mühasirə davam edincə təcavüzkarların iqtisadi təsisatları raketlə hədəfə alınacaq.