19 iyul "İsrail Aparteidi ilə mübarizə günü" adlandırıldı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320297-19_iyul_İsrail_aparteidi_ilə_mübarizə_günü_adlandırıldı
İşğal edilmiş Fələstində yaşayan fələstinlilərin işləri üzrə ali komitə 19 iyul tarixini İsrail Aparteidi ilə mübarizə günü adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2018 15:06 Asia/Baku
  • 19 iyul

İşğal edilmiş Fələstində yaşayan fələstinlilərin işləri üzrə ali komitə 19 iyul tarixini İsrail Aparteidi ilə mübarizə günü adlandırıb.

Fələstinin MƏA informasiya agentliyinin verdiyi məlumata görə, işğal edilmiş Fələstin ərazilərində yaşayan fələstinlilərin məsələləri üzrə ali komitə işğal edilmiş Fələstin ərazilərində yaşayan ərəblərin 19 iyul 2018-ci il tarixində İsrail Knessetində qəbul olunan irqçi "Yəhud Dövləti" qanunu ilə mübarizəsi çərçivəsində bu günü "İsrail Aparteidi ilə mübarizə günü" adlandırıb. 

Bu komitə həmçinin, işğal edilmiş Fələstin ərazilərindəki ərəb sakinli məntəqələrin yerli seçkilərdəki namizədlərindən bu qanun ilə müxalifət etmələrini istəyib. 

İsrail Knessetində qəbul olunan "Yəhud Dövləti" qanunu "Əsrin Anlaşması" adlı amerikan planın bir hissəsidir.