Ərəfat səhrasında Fələstin amallarına dəstək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i320417-Ərəfat_səhrasında_fələstin_amallarına_dəstək
Beytullahül-Həram hacıları bazar ertəsi günü Ərəfat səhrasında müşriklərdən bəraət mərasimində ərəb ölkələrinin müttəfiq olmamalarını tənqid edərək Fələstin amallarını dəstəkləyiblər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 21, 2018 04:34 Asia/Baku
  • Ərəfat səhrasında Fələstin amallarına dəstək
    Ərəfat səhrasında Fələstin amallarına dəstək

Beytullahül-Həram hacıları bazar ertəsi günü Ərəfat səhrasında müşriklərdən bəraət mərasimində ərəb ölkələrinin müttəfiq olmamalarını tənqid edərək Fələstin amallarını dəstəkləyiblər.

Müşriklərdən bəraət mərasimi bazar ertəsi günü Ərəfat səhrasında İslam İnqilabının Böyük Rəhbərinin bütün müsəlmanlar və hacılara ünvanladığı müraciətin oxunması ilə keçirilib. 

İRİB-in məlumatına görə, Allah Evinin hacıları Fələstin amalını dəstəkləyib, ərəb xalqlarının müttəfiq olmamalarını ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsinin əsas səbəbkarı adlandırıblar. 

Ərəb zəvvarlardan biri də Fələstin məsələsinin dünya müsəlmanlarının ilk məsələsi olduğunu deyərək bildirib: Əgər ərəb xalqları müttəfiq olsaydılar, ABŞ öz səfirliyini Qüdsə köçürməyə cürət etməzdi.