İsrail rejiminin növbəti vandallığı
İsrail rejimi öz işğalçılıq siyasətinin davamında bu dəfə Ramallahın qərbində yerləşən və strateji əhəmiyyətə malik olan Əğrəsiyan yüksəkliklərini ələ keçirmək, fələstinlilərə məxsus ərazilərdə sionistlər üçün yeni yaşayış massivi salmaq istəyir. Bu məsələ fələstinlilərin ciddi müqaviməti ilə üzləşib.
İsrail rejiminin sionist sakinli yeni qəsəbə inşa etmək məqsədilə Ramallahın qərbində fələstinlilərə məxsus əraziləri qəsb etməsi fələstinlilərlə İsrail hərbçiləri arasında qarşıdurmaya səbəb olub. Yaşanan qarşıdurma zamanı İsrail hərbçilərinin atəş açması nəticəsində 15 fələstinli güllə yarası alıb.
Fələstinlilərdən biri deyir: “Bu bir işğalçılıq və fələstinlilərə məxsus ərazilərin qəsb edilməsi deməkdir. Sionistlər hətta, İŞİD terrorçularından da pisdirlər.”
Bir başqa fələstinli isə deyir: “Sionistlər qorxaqdırlar. İşğalçı sionistlər dünyanın ən qorxaq varlıqlarıdırlar.”
İsrail hərbçiləri Fələstin sahillərinə və Əllə hava limanına habelə, Yafə və Eştod limanlarına baxan strateji əhəmiyyətli Əğrəsiyan yüksəkliklərini ələ keçirmək istəyirlər. Sionistlər cənubda qəzzə və şimalda Hayfa ilə quru sərhədləri olan bu məntəqəni fələstinlilərin əlindən almağa çalışırlar. Əğrəsiyan yüksəkliyi 1967-ci ildən öncə İordaniya qoşunlarının əsas bazalarından biri olub.
Bir fələstinli deyir: “Heç bir vəchlə bu torpaqlardan əl çəkməyəcəyik. Var gücümüzlə işğalçılığa qarşı mübarizə aparacağıq. Sionist düşmən bizi öz torpaqlarımıza göz yummağa məcbur edə bilməyəcək.”