Sen 05, 2018 13:54 Asia/Baku
  • Bəşar Əsəd Abxaziya prezidenti ilə görüşüb
    Bəşar Əsəd Abxaziya prezidenti ilə görüşüb

Suriya prezidenti Dəməşqdə Abxaziya prezidenti ilə görüşüb.

İSNA-nın verdiyi məlumata görə, Suriya prezidenti Bəşar Əsədin Abxaziya prezidenti Raul Xacimba ilə görüşündə tərəflər Abxaziya prezidentinin Suriyaya səfərinin qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz töhfəsini verəcəyini bildiriblər. 

Əsəd Abxaziya prezidentini ölkəsinin müstəqilliyinin 10-cu ildönümü münasibəti ilə təbrik edib və iki tərəfin siyasi mövqelərdə və iqtisadi, ictimai və mədəni əlaqələrin gücləndirilməsindəki koordinasiyasına təkid edib. 

Abxaziya prezidenti Raul Xacimba isə Suriyanın Abxaziyanı rəsmən tanımasına görə öz təşəkkürünü bildirib, ölkəsinin terrorizm ilə mübarizədə Suriyaya dəstək olduğunu deyib və suriyalıların öz ölkələrində sülh və təhlükəsizlik yaradacağından əmin olduğunu vurğulayıb. 

İki tərəf görüşün sonunda dostluq və əməkdaşlıq razılaşmşası imzalayıblar. 

Abxaziya Qafqazın qərbində Qara dənizin sahillərində yerləşərək 242 min əhaliyə malikdir, sakinlərin əksəriyyəti Rusiya vətəndaşlığına malikdirlər Rusiya və Suriya Abxaziya Respublikasını rəsmən tanıyıblar.   

Teqlər