Fələstinlilərin dəniz yürüşü sionistlərin hücumuna məruz qaldı, 50 nəfər yaralandı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322399-fələstinlilərin_dəniz_yürüşü_sionistlərin_hücumuna_məruz_qaldı_50_nəfər_yaralandı
İsrail hərbçilərinin fələstinlilərin "Azadlıq qayıqları" adlı 7-ci dəniz yürüşünə hücumu zamanı onlarla fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 11, 2018 05:10 Asia/Baku
  • Fələstinlilərin dəniz yürüşü sionistlərin hücumuna məruz qaldı, 50 nəfər yaralandı
    Fələstinlilərin dəniz yürüşü sionistlərin hücumuna məruz qaldı, 50 nəfər yaralandı

İsrail hərbçilərinin fələstinlilərin "Azadlıq qayıqları" adlı 7-ci dəniz yürüşünə hücumu zamanı onlarla fələstinli yaralanıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstinin Səhiyyə Nazirliyi bildirib: dünən axşam İsrail hərbçilərinin yeddinci dəniz yürüşünə hücumu zamanı 49 fələstinli yaralanıb. Yaralılardan onu xəstəxanaya köçürülüb. Yaralılar arasında jurnalistlər və xilasedicilər də var. 

Bu məlumata görə, İsrail hərbçiləri zəhərli qaz bombalarından istifadə edərək, Qəzzənin şimalında sahil kənarında toplaşmış fələstinlilərə hücum ediblər. 

Fələstinlilərin yeddinci dəniz yürüşündə 50 qayıq iştirak edib. Üzərində Fələstin bayrağı dalğalanan bu qayıqlar Qəzzə zolağının şimal sahillərinə doğru hərəkət edib. Yürüş iştirakçıları əsasən tələbələr və yaralılar olublar.