Ramullah fələstinliləri Əlxan Ələhmər sakinləri ilə öz həmrəyliklərini elan ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322895-ramullah_fələstinliləri_Əlxan_Ələhmər_sakinləri_ilə_öz_həmrəyliklərini_elan_ediblər
1982-ci ilin 16 sentyabrında törədilmiş Səbra və Şətila qırğınının ildönümü ərəfəsində Ramullahın qərbində yerləşən Nəəlin kəndinin sakinləri Əlxan Ələhmər kəndinin əhalisi ilə öz həmrəyliklərini elan etmək üçün aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 09:22 Asia/Baku
  • Ramullah fələstinliləri Əlxan Ələhmər sakinləri ilə öz həmrəyliklərini elan ediblər

1982-ci ilin 16 sentyabrında törədilmiş Səbra və Şətila qırğınının ildönümü ərəfəsində Ramullahın qərbində yerləşən Nəəlin kəndinin sakinləri Əlxan Ələhmər kəndinin əhalisi ilə öz həmrəyliklərini elan etmək üçün aksiya keçiriblər.

Sionist rejim hərbçiləri Qüdsün şərq kəndlərinə qarşı basqınlar və mühasirənin davamında ötən cümə axşamı günü Vadi Ələhmər kəndini dağıdaraq, onun sakinlərini kənddən çıxarıblar.

Sionist rejim hərbçiləri Vadi Ələhmər kəndininin cənubunda fələstinli aksiyaçılara hücum ediblər.

İşğalçılar Vadi Ələhmər kəndinin qonşuluğunda yerləşən Əlxan Ələhmər kəndinin mühasirəsi və kənd sakinlərinin bu kənddən çıxarılmalarını öz gündəmlərinə salıblar.

Sionist rejim məhkəməsi ötən çərşənbə günü bu rejimin Əlxan Ələhmər kəndinin dağıdılması qərarına qarşı etirazları rədd edərək, sionist hərbçilərə bu fələstinli kəndi yeddi gün müddətinə dağıtmaq icazəsi veribdir.

BMT, Avropa Birliyi və fələstinlilərin hüquqları üzrə fəallar bundan öncə sionist rejimin bu kəndin dağıdılması üzrə qərarını pisləyərək, belə bir addımı Fələstin ölkəsinin ehtimal üzrə yaradılması yolunda yeni bir maneə adlandırmışdılar.