"Qayıdış Haqqı" yürüşü 25-ci həftəsində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i322899-qayıdış_haqqı_yürüşü_25_ci_həftəsində
“Qayıdış Haqqı” yürüşlərinin 25-ci həftəsində Qəzzə sakinləri bir daha işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqədə geniş aksiya keçirərək, sionist düşmənə qarşı müqavimət və mübarizəni davam etdirəcəklərini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2018 10:50 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşü 25-ci həftəsində

“Qayıdış Haqqı” yürüşlərinin 25-ci həftəsində Qəzzə sakinləri bir daha işğal edilmiş Fələstin əraziləri ilə sərhəd məntəqədə geniş aksiya keçirərək, sionist düşmənə qarşı müqavimət və mübarizəni davam etdirəcəklərini bildiriblər.

Fələstinlilərin Qəzzənin mühasirəsini  yarmaq və işğal edilmiş torpaqlara qayıdış haqqına təkid məqsədi daşıyan böyük “Qayıdış Haqqı” yürüşləri 25-ci cüməsində Qəzzə zolağının işğal edilmiş Fələstin torpaqları ilə sərhəd məntəqəsində keçirilib. “Yeganə Seçim Müqavimətdir” şarı ilə keçirilən bu aksiyada fələstinli gənclər ilə başdan-ayağa silahlanmış İsrail hərbçiləri arasında ağır toqquşma baş verib. İsrail hərbçilərinin aksiya iştirakçılarına tərəf atəş açması nəticəsində biri yeniyetmə olmaqla üç fələstinli şəhid olub, onlarla nəfər də xəsarət alıb.

Aksiya iştirakçılarından biri deyir: “Yeganə Seçim Müqavimətdir” şüarı müqavimətin bütün formalarını əhatə edən bir mübarizəyə təkiddir. İstər yalın əl ilə olsun, istər silah ilə. Məqsədimiz bu aksiyaları Qəzzənin mühasirəsini yarmaq, fələstinlilərin qayıdış haqqına göz yumulmasına icazə verməmək və “əsrin anlaşması” fitnəsinə qarşı çıxmaqdır.”

Bir başqa aksiya iştirakısı isə deyir: “Biz müqavimətin kənarındayıq. Allahın köməkliyi iə Qəzzənin mühasirəsi yarılana və Qüds azad edilənə kimi mübarizəmizdən dönməyəcəyik.”

“Qayıdış Haqqı” yarüşündə çoxsaylı iştiraka malik olan fələstinlilər “Əsrin anlaşması”na və fələstinlilərə qarşı istənilən fitnə planına qarşı olduqlarını vurğulayıblar.

Onlardan biri deyir: “Düşmən qarşısında yeganə seçim müqavimətdir. İstər yalın əl ilə olsun, istər silah ilə.”

Sinoist düşmənin vandallıqlarına və vəhşiliklərinə baxmayaraq, fələstinlilər  “Qayıdış Haqqı” yürüşünün davam edəcəyinə təkid edirlər.