Fələstin su ehtiyatlarının 85 faizi sionist rejimin ixtiyarındadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i323117-fələstin_su_ehtiyatlarının_85_faizi_sionist_rejimin_ixtiyarındadır
Fələstinin Su Təşkilatının rəhbəri deyib: Qüdsü işğal edən rejim indiyədək Fələstin sularının 85 faizini öz nəzarətinə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2018 09:27 Asia/Baku
  • Fələstin su ehtiyatlarının 85 faizi sionist rejimin ixtiyarındadır
    Fələstin su ehtiyatlarının 85 faizi sionist rejimin ixtiyarındadır

Fələstinin Su Təşkilatının rəhbəri deyib: Qüdsü işğal edən rejim indiyədək Fələstin sularının 85 faizini öz nəzarətinə alıb.

İRNA-nın verdiyi məlumata görə, Fələstin Su Təşkilaıtnın rəhbəri Mazən Qənim dünən Cenin vilayətinə baxış keçirərkən deyib: Fələstində su böhranının aradan qaldırılması sadəcə sionist rejimin məhv edilməsi ilə mümkün ola bilər.

Mazən Qənim Cenin vilayətinə baxış keçirərkən Ceninin cənub qərbində Yəbud bölgəsində Zübdə kəndində su layihəsini istifadəyə verib. 

Bu layihə nəticəsində qəsəbədə yaşayan əhali içməli su ilə təmin olublar. 

Yay mövsumundə İsrailin su şirkəti Fələstinə ötürülən suyun miqdarını azaltdı və bu İordan çayının qərb sahilində kəskin su çatışmazlığı ilə nəticələndi.