Əmirliklərin HHM sisteminin acizliyi
Livanın islami müqavimət portalı yəmənli qüvvələrin bazar günü Dubay beynəlxalq hava limanına qarşı hava hücumuna işarə edərək, yazıb: Bu hücumlar amerikan "patriot" sisteminin və əmirliklərin hava hücumundan müdafiə sisteminin acizliklərini ifşa etdi.
Livanın islami müqavimət portalı bu gün vurğulayıb: Yəmənin ordu və xalq qüvvələrinin tabeliyində olan pilotsuz uçan aparat bölməsinin əməliyyatında yəmənli raketlər yüksək dəqiqliklə Dubay aeroportuna düşdü. İkinci dəfədir ki, əmirliklərin iqtisadi paytaxtı olan Dubay əmirliklərin Yəmənə qarşı hücumdakı geniş iştirakına və yəmənli mülkilərə qarşı yüzlərlə cinayət törətməsinə görə, hədəfə alınır.
Livanın islami müqavimət portalı bildirib: Dubay beynəlxalq hava limanına qarşı "Səmad-3" əməliyyatının amerikan "patriot" sisteminin və əmirliklərin hava hücumundan müdafiə sisteminin acizliklərini ifşa etdiyi bir halda, Əbu-Dəbi iddia edibdir ki, bu sistemləri pilotsuz uçan aparatlarla mübarizə məqsədilə Avstraliyadan satın alıbdır. Halbuki bu hərəkət investorları sakitləşdirmək üçün atılan gülünc bir addım idi.
Yəmənin xalq komitə qüvvələri bazar günü səhər Dubay beynəlxalq hava limanını "Səmad-3" tipli pilotsuzlarla raket hücumuna məruz qoydular.
Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin martında Yəmənə təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatına son qoymaqla bərabər, on minlərlə nəfərin yaralanmasına, həmçinin milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.