Okt 11, 2018 15:51 Asia/Baku
  • Yəmən Əsirdə səud muzdurlarının mövqelərini raket atəşinə tutub

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə Ərəbistanın cənubunda yerləşən Əsir məntəqəsində səud muzdurlarının mövqelərini "Bədr-1" tipli ballistik raketlə atəşə tutub.

Eyni zamanda, bir yəmənli hərbi mənbə məlumat veribdir ki, Yəmənin ordusu və xalq komitələri qüvvələri Əsir ilə Səədə arasındakı Əlməcazə sərhəd məntəqəsində yerləşən bir dağlıq məntəqəsinin nəzarətini səud muzdurlarının əlindən geri alıblar.

Mərat Əlcəzirə portalı yazıb: Yəmənin hava hücumundan müdafiə mərkəzindəki hərbi bir mənbə bildiribdir ki, təcavüzkar qüvvələrin iki ədəd casusluq təyyarəsi Cizandakı Cəbəl Əlşəbəkə məntəqəsində vurulubdur.

Belə bir halda, Yəmən ordusunun artilleriya bölməsi səud ünsürlərinin Cizan ətrafındakı qərargahlarını bombalayıbdır.

Teqlər