İsrail zindanında fələstinli əsir şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i325315-İsrail_zindanında_fələstinli_əsir_şəhid_olub
Fələstinli Əsirlər Cəmiyyəti İsrail zindanlarında saxlanılan fələstinli bir gəncin şəhid olmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2018 18:01 Asia/Baku
  • İsrail zindanında fələstinli əsir şəhid olub

Fələstinli Əsirlər Cəmiyyəti İsrail zindanlarında saxlanılan fələstinli bir gəncin şəhid olmasından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, 28 yaşlı fələstinli gənc Vəsam Əbdül Məcidi Naif Şəlalidə 3 il sürən ağır həbs həyatı və işgəncənin ardınca cümə günü səhər şəhid olub.

Fələstinli Əsirlər Cəmiyyətinin bəyanatında deyilir: Şəhid Şəlalidə 2015-ci ildən İsrailin Ayalon zindanında əsir idi.

Fələstinli Əsirlər Cəmiyyəti Şəlalidənin ölümündə İsrail başçılarının məsuliyyət daşıdığını bildirib: İsrailin fələstinli əsirlərə qarşı cinayətlərinin davam etməsi, dünya ictimaiyyətinin bu məsələ qarşısında sükut etməsinə görədir.