Noy 01, 2018 20:31 Asia/Baku
  • ABŞ-dan gələn gecikmiş təklif: Yəməndə savaş durdurulsun
    ABŞ-dan gələn gecikmiş təklif: Yəməndə savaş durdurulsun

ABŞ 4 il sürən Yəmən müharibəsinin durdurulmasını istəyib. Yəmən isə Vaşinqtonun səmimiyyətinə inanmır.

Yəməndə mülki əhali, günahsız insanlar, qadın və uşaqlara qarşı cinayətlərin artıq 4 ildir davam etdiyi halda, Vaşinqton indi bu nəticəyə gəlib ki, Yəməndə savaşa son qoyulmalıdır. Britaniya, Fransa və Avropa Komissiyası ABŞ-ın bu təklifini müsbət qarşılaıblar. Yəmənin Ali İnqilab Komitəsinin sədri də bu təklifin reallaşdırılmasını, Yəmənə qarşı hücumların dayandırılmasını və bu ölkənin mühasirəsinə son qoyulmasını istəyib.

“Biz, Yəməndə törədilən bu qədər cinayətin ardınca, indi Yəmən xalqının taleyinin ABŞ tərəfindən təyin edilməsi ilə razılaşa bilmərik. Amerika Yəməndə törədilən cinayətlərə görə məsuliyyət daşıyır. Təcavüzkarlar ABŞ-ın istəyi və icazəsi ilə Yəməndə bu qədər cinayət törədiblər.”

Bu gözlənilməz təklif BMT-nin Yəmən məsələləri üzrə xüsusi nümayəndəsi Martin Qrifitsin gələn ay İsveçdə sülh danışıqlarının başlanılmasına çalışacağına dair açıqlaması ilə bir vaxta təsadüf edir. Bu arada insan haqları təşkilatları Yəməndə müharibənin davam etməsi ilə 12 milyon yəmənlinin aclıq böhranı ilə üzləşdiyinə dair xəbərdarlıq ediblər. Yəməndə savaşın durdurulmasına dair çağırışlar ABŞ, Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəməndə törətdikləri cinayətlərin məsuliyyətindən boyun qaçırtmalarına və cinayətkarların beynəlxalq məhkəmədə mühakimə olunmaqdan xilas olmasına səbəb ola bilməz.

“Bu bir məktəblidir. Bunun nə günahı var? Allaha and olsun, bu cinayətləri bağışlamayacağıq.”

“Yəmənə qarşı təcavüzlər durdurulsa belə, Yəmən xalqı öz haqqından vaz keçməyəcək. Təcavüzkarlar Yəmənə vurduqları zərər və ziyanlara, ictimai, insani və mədəni problemlərə görə kompensasiya ödəməli, törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar.”

Beynəlxalq dairələr və dünya ölkələrinin Yəməndə müharibənin durdurulması istiqamətində ciddi iradəyə malik olmaması, ABŞ-ın müdafiə nazirinin Bəhreyndəki çıxışından da aydın olur. O, Ənsarullahın silahı yerə qoymasını, ballistik raketlərini təhvil verməsini, Ərəbistan ilə sərhəd məntəqələrdən geri çəkilməsini və sərhəd məntəqədə təhlükəsiz zonaların yaradılmasını istəyib. Yəmənlilər isə Matisin bu açıqlamasını tənqid edərək, ABŞ-ın diqqətləri Ərəbistanın cinayətlərindən yayındırmağa çalışdığını deyiblər.  

 

Teqlər