Küveyt və Səudiyyə Ərəbistanı arasında neft ixtilafları kəskinləşib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327305-küveyt_və_səudiyyə_Ərəbistanı_arasında_neft_ixtilafları_kəskinləşib
Küveytin neft müəssisəsinin icraçı direktoru Əl-Vəfrə və Əl-Xafci müştərək neft yataqları barədə Səudiyyə Ərəbistanı ilə ixtilafların davam etməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 07, 2018 08:50 Asia/Baku
  • Küveyt və Səudiyyə Ərəbistanı arasında neft ixtilafları kəskinləşib
    Küveyt və Səudiyyə Ərəbistanı arasında neft ixtilafları kəskinləşib

Küveytin neft müəssisəsinin icraçı direktoru Əl-Vəfrə və Əl-Xafci müştərək neft yataqları barədə Səudiyyə Ərəbistanı ilə ixtilafların davam etməsindən xəbər verib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Nəzar Əl-Ədsani dünən Küveytdə neft mövzusunda keçirilən 7-ci illik konfransda deyib: Küveyt və Səudiyyə Ərəbistanı arasında müştərək neft yataqları barədə müəyyən razılaşma sənədləri hazırlanıb amma onların icra edilməsi bu məsələnin siyasilədiyinə görə uğursuz qalıb. 

Küveytin neft müəssisəsinin icraçı direktoru deyib: Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın sentiyabrın sonlarında Küveytə etdiyi səfəri  də istənilən nəticələrə gətirib çıxarmayıb.