Ənsarullah: Yəmən xalqına qarşı cinayətdə əsas tərəf Amerikadır
Yəmən Ənsarullah Hərəkatının baş katibi Amerika tərəfindən sülh və atəşkəs çağırışının uydurma olduğunu bildirərək deyib: Hər zaman Amerika sülhdən danışdıqda Yəmənə qarşı hücumlar yeni fazaya keçir.
Əbdül-Məlik Bədrəddin bu gün deyib: Səudiyyə təcavüzkarları tamamiylə Amerikanın planlaşdırmasına, silahına və dəstəyinə ehtiyaclıdırlar və Yəmən xalqına qarşı cinayətdə əsas rol Amerikanın üzərinə düşür.
Yəmən Ənsarullahının baş katibi Amerikanın səudiyyə təcavüzkarlarına dəstəyinin səbəbinin Səudiyyə Ərəbistanına silah satışından böyük həcmdə mənfəət əldə etməsi olduğunu bildirərək deyib: Amerika Yəmən müharibəsində iqtisadi cəhətdən böyük nailiyyətlər əldə edib.
Əbdül-Məlik Əl-Husi deyib: Səudiyyə-BƏƏ koalissiyasının Yəmənə qarşı növbəti hücumları da məğlubiyyətə məhkumdur və Yəmən ordusu və xalq qüvvələrinin fədakarlığı ilə Əl-Hədidəyə qarşı hücum da məğlubiyyətə uğradılacaq və bu gün Əl-Hədidə vilayətinin böyük hissəsi yəmənlilərin nəzarətindədir.