Qaşıqçının qətlində İsrailin izi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i327394-qaşıqçının_qətlində_İsrailin_izi
Edvard Snovden: Qaşıqçı İsrailə məxsus bir proqram vasitəsilə təqibə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2018 09:39 Asia/Baku
  • Qaşıqçının qətlində İsrailin izi

Edvard Snovden: Qaşıqçı İsrailə məxsus bir proqram vasitəsilə təqibə alınıb.

Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snovden deyib: Qaşıqçının izlənilməsi üçün istifadə edilən proqram İsrailin NSO Group Technologies şirkətinə məxsusdur. Bu proqramın cinayətkarların və terrorçuların təqib edilməsi üçün nəzərdə tutulduğu deyilsə də, ondan siyasi müxaliflərin məhv edilməsi üçün istifadə edilir. Və Qaşıqçının qətlində də elə bu proqramdan istifadə edilib. 

Ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna daxil olduqdan sonra şübhəli şəkildə yoxa çıxıb. Bir neçə gün sonra isə medialar onun Ərəbistan Konsulluğunda qətlə yetirilməsi xəbərini yaydılar. 

Edvard Snovden 2013-cü ildə ABŞ-ın casusluq fəaliyyətlərini ifşa etdikdən sonra Rusiyada yaşayır.