Küveyt Dubaydakı 500 milyon dollar sərmayəsinin azad edilməsini istəyib
Küveytin birbaşa investisiya fonduna aid olan 500 milyon dollar sərmayənin çirkli pulların yuyulması ittihamı ilə dondurulmasından bir il sonra Küveytin baş prokuroru bu ixtilafı üzə çıxararaq, Dubaydan bu məbləği azad etməsini istəyibdir.
Küveytin baş prokuroru bir məktubda bu pulun qanuni olmasına dair sənədlərin mövcudluğuna toxunaraq, Dubaydakı həmkarından istəyibdir ki, bu sərmayənin azad edilməsinə kömək etsin.
Bu pul əmirliklərin mərkəzi bankının göstərişi ilə ötən ilin noyabrında Dubaydakı bir bankda dondurulubdur.
Əmirliklərin başçıları deyirlər ki, bu təftiş öncədən elan olunmadan Dubay başçıları tərəfindən həyata keçirilibdir ki, Filippindəki bir bankdan Dubayda yerləşən bir xüsusi paylar fondunun hesabına köçürülmüş pulların çirkli pulların yuyulmasına şamil olub-olmaması aydınlaşsın. Amma Küveytin nöqteyi-nəzərincə, bu pulun dondurulması, çirkli pulların yuyulması təftişini elan etmədiyinə görə, Dubayla əlaqələri təhlükəyə salacaq.