Sionist rejimin hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb
-
Sionist rejimin hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb
Sionist rejim qırıcılarının hava hücumunda Əl-Əqsa telekanalının binası dağılıb.
Fələstinin Həmas hərəkatının tabeliyində olan Əl-Əqsa telekanalının binası sionist rejim qırıcılarının dünəngecəki hava hücumunda tam şəkildə dağılıbdır.
Bu xəbəri yayan Əlməyadin telekanalı sionist rejim qırıcıları tərəfindən hədəfə alındıqdan sonra Əl-Əqsa telekanalının verilişlərinin dayanmasından xəbər verib. Bu mənbə həmin hücumda ehtimal üzrə şəhid olan və bədən xəsarəti alanların sayına işarə etməyibdir.
Sionist rejim bu telekanalın binasını, Həmas-ın, müqavimət qüvvələrinin sionist hərbçiləri daşıyan avtobusa qarşı raket hücumu ilə bağlı təsvirləri yayacağını bildirməsindən sonra hava hücumlarına məruz qoyubdur.
Bununla belə, Əl-Əqsa telekanalının direktoru Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb: Əl-Əqsa telekanalı verilişlərinin yayılması bərpa olunacaq və işğalçıların təyyarələrinin bombardmanları bizim fəaliyyətimizi dayandıra bilməz.