İsmayıl Hənyə: Fələstin amalı, bütün islam ümmətinin məsələsidir
Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri Tehranda keçirilən islami vəhdət konfransında sionist rejimin islam ümmətinin əsas düşməni olduğunu vurğulayaraq deyib: Fələstin amalı hansısa bir etnusun, partiya yaxud qrupun məsələsi deyil, bütün islam ümmətinin məsələsidir.
İsmayıl Hənyə bu gün Tehranda 32-ci beynəlxalq islami vəhdət konfransında video vasitəsi ilə etdiyi çıxışında sionist rejim ilə əlaqələrin adiləşdirilməsini cinayət hesab edərək bu rejimin blokada edilməsinə çağırıb və deyib: Fələstin xalqı heç vaxt "əsrin düzəlişməsi" planının reallaşmasına imkan verməyəcək.
Hənyə müqavimətin İşğalçılara qarşı islam ümmətinin vəhdəti amili olduğunu bildirərək deyib: Fələstin yurdunun yəhudilədirilməsi istiqamətində gedən bütün səylər tarixi və coğrafi həqiqətləri dəyişməyəcək və ABŞ prezidenti Donald Tramp Qüdsü yaxud Fələstin torpaqlarının bir qarışını belə sionist düşmənə verməyə haqqı yoxdur.
HƏMAS-ın siyasi bürosunun rəhbəri işğal olunmuş ərazilərin geri alınmasının yeganə yolunun müqavimət olduğunu vurğulayaraq deyib: Düşmənlərin müsəlman dövlətlərə qarşı törətdikləri bütün problemlərə rəğmən beynəlxalq islami vəhdət konfransının keçirilməsi islam ümmətinin hərhansı bir şəraitdə vəhdət istiqamətində hərəkət etməyə qadir olduğunu müjdələyir.
Qüds, ümmətin vəhdətinin əsası, adı altında tehranda keçirilən 32-ci beynəlxalq islami vəhdət konfransına 100 ölkədən 300-dən çox alim, sənətkar və siyasətçi qatılıb.