Dek 02, 2018 12:55 Asia/Baku
  • Sionist partiyalar Netanyahu kabinetini devirməyə çalışırlar
    Sionist partiyalar Netanyahu kabinetini devirməyə çalışırlar

Sionist rejimin baş naziri Benyamin Netanyahunun nazirlər kabinetinin müxaliflərindən partiyaların liderlərindən ikisi bu kabinetin həmişəlik olaraq devrilməsinə təkid edib.

Sionist mediyaların verdiyi məlumata görə, Tzipi Livni dünən deyib: Netanyahunun korrupsiya işlərinin artmasını nəzərə alaraq onun nazirlər kabinetinin devrilməsi üçün əməliyyatlar gündəmə gəlib. 

İsrailin fəhlə partiyasının başçısı Avi Qabay da Netanyahunun başçılıq etdiyi kabinetə daxil olmayacağını bildirərək deyib: Nazirlər kabinetinin dəyişməsi üçün əsaslı qərarlar qəbul edilməlidir. 

Öncə də sionist rejimin keçmiş baş naziri İhud Barak bildirmişdi ki, o Moşe Yəlun və Tzipi Livni ilə birlikdə Benyamin Netanyahuya qarş koalisiya təşkil etməyi planlaşdırır. 

Sionist rejimin istefa vermiş müharibə naziri Aviqdor Liberman 14 noyabrda Netanyahunun nazirlər kabinetini tərk etdi və onun partiyası "evimiz israil"-də Netanyahudan ayrıldı.

Bu hadisədən sonra Netanyahunun nazirlər kabineti dağılmaq astanasındadır və növbədən kənar seçkilərin keçirilməsi siqnalları səsləndirilməkdədir.  

Teqlər