Ramallahın şərqində 3 İsrail hərbçisi həlak olub
Fələstinli gənclərin ən son əməliyyatında 3 İsrail hərbçisi həlak olub.
Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail rejiminə bağlı mənbələr cümə günü bildiriblər ki, fələstinlilərin Ramallahın şərqində sionistlərə qarşı həyata keçirdikləri əməliyyatda bir İsrail hərbçisi də yaralanıb.
Fələstinli gənclərin müqavimət əməliyyatının ardınca İsrailh ərbçiləri, hadisənin baş verdiyi ərazinin yaxınlığındakı Bəytən məntəqəsinə hücum ediblər.
Bu məlumata görə, İsrail hərbçilərinə qarşı müqavimət əməliyyatını həyata keçirənlərdən biri İsrail hərbçiləri tərəfində vurularaq, şəhid edilib.
İsrail hərbçiləri çərşənbə axşamı gecə saatlarından cümə axşamı səhər saatlarına kimi həyata keçirdikləri axtarış əməliyyatı zamanı Burkan əməliyyatının icraçısı Əşrəf Təalvə, Ufra əməliyyatının icraçısı Salih Bərğusi və Qüds əməliyyatının icraçısı Məcd Camal Mutiri şəhid ediblər.