ABŞ-ın casusluq təyyarələri Suriya səmasında
-
ABŞ-ın casusluq təyyarələri Suriya səmasında
"Pelin Radar" adlı hərbi təyyarələrin uçuşlarına nəzarət edən mərkəzin bildirdiyinə görə, ABŞ-ın casusluq təyyarələri Suriyanın sahil ərazilərində, Rusiyanın hərbi bazalarının yaxınlığında uçuşlar həyata keçiriblər.
İSNA xəbər agentliyinin bildirdiyinə görə, "Pelin Radar" xidmətinin bildirdiyinə görə, ABŞ-ın iki ədəd casusluq təyyarəsi eyni zamanda Yunanınstanın Kert adasından havaya qalxaraq, yarım saat ərzində 10 min fut hündürlükdə Suriyanın sahili boyunca uçuş həyata keçirib.
"Pelin Radar"ın bildiridyinə görə, ABŞ-ın casusluq təyyarələri düşmənin hava hücumundan müdafiə qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq, anti-raket sistemlərinin iş prinsipini öyrənmək və lokator stansiyalarının yerini müəyyənləşdirmək missiyasına malik olublar.
Ötən yanvar ayında da Rusiya mənbələri ABŞ-ın bir ədəd casusluq təyyarəsinin Suriyanın Həmimim və Tərtus bazaları yaxınlığında uçuş həyata keçirməsindən xəbər vermişdilər.