"Qayıdış Haqqı" yürüşlərinin 48-ci cüməsində bir şəhid və bir qrup yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335352-qayıdış_haqqı_yürüşlərinin_48_ci_cüməsində_bir_şəhid_və_bir_qrup_yaralı
"Qayıdış Haqqı" yürüşlərinin 48-ci cüməsində sionist rejim hərbçilərinin atəş açması nəticəsində Qəzzə zolağında bir fələstinli şəhid olub, bir qrup da yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2019 07:32 Asia/Baku
  • "Qayıdış Haqqı" yürüşlərinin 48-ci cüməsində bir şəhid və bir qrup yaralı

"Qayıdış Haqqı" yürüşlərinin 48-ci cüməsində sionist rejim hərbçilərinin atəş açması nəticəsində Qəzzə zolağında bir fələstinli şəhid olub, bir qrup da yaralanıb.

Fələstin Əl-Yəum bu barədə verdiyi məlumatda bildirib: Qəzzə sakini olan minlərlə fələstinli dünən cümə namazında iştirak etdikdən sonra 48-ci cümə yürüşündə iştirak etmək üçün Qəzzə sərhədlərinə doğru hərəkət edib.

İsrail hərbçilərinin fələstinlilərə atəş açması nəticəsində Razi Səid Dudə adlı 19 yaşlı gənc şəhid olub. 

Qayıdış və Mühasirənin Yarılması Yürüşü Milli Heyəti bundan öncə fələstinlilərdən "İbrahim Hərəmi Faciəsi Şəhidlərinə Sədaqət" adlandırılan cümə yürüşündə iştiraka dəvət etmişdi. 

Qəzzə sakinlərinin "Qayıdış Haqqı" yürüşlərinə 30 mart 2018-ci il tarixindən start verilib və indiyə kimi bu yürüşlərdə 270 fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilib, yaralı sayı 27 mini ötüb.