Livan Hizbullahının baş katib müavini: Amerika müqavimətin mövqelərini dəyişə bilməz
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335422-livan_hizbullahının_baş_katib_müavini_amerika_müqavimətin_mövqelərini_dəyişə_bilməz
Livan Hizbullahının baş katib müavini vurğulayıb: Amerikanın mövqeyi zalımcasına, müstəbidcəsinə və region xalqlarının maraqlarına zidd bir mövqe olaraq, müqavimətin mövqelərini dəyişdirməyə qadir deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2019 15:33 Asia/Baku
  • Livan Hizbullahının baş katib müavini: Amerika müqavimətin mövqelərini dəyişə bilməz
    Livan Hizbullahının baş katib müavini: Amerika müqavimətin mövqelərini dəyişə bilməz

Livan Hizbullahının baş katib müavini vurğulayıb: Amerikanın mövqeyi zalımcasına, müstəbidcəsinə və region xalqlarının maraqlarına zidd bir mövqe olaraq, müqavimətin mövqelərini dəyişdirməyə qadir deyildir.

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim deyib: Amerika prezidenti Tramp və digər amerikalı rəsmilər daim sionist rejimin himayədarıdırlar və "əsrin sövdələşməsi" fitnəsi də Fələstin və fələstinlilər məsələsinin aradan götürülməsinin ardıncadır.

Şeyx Nəim Qasim bildirib ki, Suriyada müharibənin uzanmasının amili və əsas səbəbi, Amerikadır. O, Livanın və Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələrinin siyasi cərəyanlarının öz taxt-taclarını qorumaq üçün Amerikanın dəstəyinə söykənmələrindən təəssüf ifadə edib.