Həmas: Mahmud Abbasın Netanyahu ilə görüşü nəticəsizdir
-
Həmas: Mahmud Abbasın Netanyahu ilə görüşü nəticəsizdir
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın sözçüsü deyib: Fələstin muxtariyyətinin bu təşkilatın sədri Mahmud Abbasın sionist rejimin baş naziri Benyamin Netanyahu ilə görüşünə razılıq verməsi Fələstin muxtariyyətinin bu görüşlərin Fələstin xalqı üçün məhsuldar olacağı barədəki xülyalarının davamıdır.
Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas dünən sionist rejimin baş naziri Benyamin Netanyahu və Rusiya prezidenti Vladimir Putin ilə üçtərəfli görüş üçün öz hazırlığını elan edib.
Hazim Qasim bir bəyanatda belə qeyd edib: Əgər Fələstin muxtariyyəti və Fəth hərəkatının liderləri sionist rejimin təcavüzləri ilə qarşılaşmağa maraqlı olsaydılar, tez bir zamanda milli barışıq razılaşmalarının icrası və milli vəhdətin reallaşmasına zəmin yaratmalı və Qəzzə zolağına qarşı cəzalara, eləcə də fələstinli qərarlardakı birtərəfliliyə son qoymalı idilər.
Mahmud Abbasın Netanyahu ilə görüşə hazır olduğunu bildirməsi elə bir haldadır ki, korrupsiya işlərinə görə, özünə qarşı hökmün verilməsi ehtimalına əsasən, sionist rejimin baş naziri Benyamin Netanyahu Moskva səfərini yarımçıq qoydu.