İsrail hərbçiləri Qərb Sahilinə hücum etdilər
Mart 07, 2019 19:26 Asia/Baku
Sionist rejim hərbçiləri fələstinlilərə qarşı düşmənçilik siyasətinin davamında bir daha İordan çayının qərb sahilinə hücum ediblər.
Fələstin İnformasiya Mərkəzinin bildirdiyinə görə, İsrail hərbçiləri cümə axşamı Ramallah, Beytləhm və Cənin şəhərlərinə basqın edərək, 17 fələstinlini əsir alıbalr.
Bu hücum zamanı fələstinlilər ilə İsrail hərbçiləri arasında qarşıdurma baş verib. Bir qrup fələstinli yaralanıb.