Bəhreynli gənclərin həbs edilmələri davam edir
Mart 08, 2019 14:24 Asia/Baku
Ali-xəlifə rejiminin xəfiyyə başçıları 14 bəhreynli gənci həbs edərək, zindana salıblar.
Ali-xəlifənin bu hərəkəti elə bir halda edilir ki, bu gənclər bundan öncə Bəhreyn islam hərəkatının rəhbəri Şeyx İsa Qasimin mənzili önündə aksiya keçirərək, ona dəstək vermək ittihamı ilə məhkəmədə uzunmüddətli həbslərə məhkum olunmuşdular.
Ali-xəlifə rejimi fevralın 27-də də onlarla Bəhreyn vətəndaşını on ildən çox həbs cəzasına məhkum etmişdi.
BMT bundan öncə bir hesabatda Bəhreyn vətəndaşlarının bu ölkənin hərbi tribunallarında mühakimə olunmalarına toxunaraq, bildiribdir ki, Bəhreyn vətəndaşları ali-xəlifə rejiminin məhbəslərində işgəncə, həmçinin tibbi yardımlar almaqdan məhrum edilirlər.