Suriyada terrorçulara məxsus ABŞ və İsrail istehsalı olan silahlar aşkar edildi
Mart 09, 2019 10:54 Asia/Baku
-
Suriyada terrorçulara məxsus ABŞ və İsrail istehsalı olan silahlar aşkar edildi
Suriyanın təhlükəsizlik qüvvələri Dəməşqin ətrafında terrorçulara məxsus ABŞ və İsrail istehsalı olan silahlar aşkar ediblər.
Suriyanın hərbi qaynaqları terrorizm ilə mübarizə çərçivəsində aparılan axtarışlar zamanı Yəlda qəsəbəsində bir mənzilə baxış keçirilərkən ABŞ və İsrail istehsalı olan silah və hərbi sursatın aşkar və zəbt olunduğunu bildiriblər.
Suriyanın cənubunda və Dəməşqin ətrafında hərbi əməliyyatların başa çatmasından bir il ötsə də, hələ də bəzi məntəqələrdə terrorçuların gizlətdikləri silah və hərbi sursat anbarları aşkar edilir.
ABŞ və İsrail rejimi bəzi region ölkələrinin əməkdaşlığı ilə 2011-ci ildə Suriyada yaranan təhlükəsizlik böhranının ardınca terrorçuları silahlandırmağa başladılar.