Sionist rejimin fələstinlilərə aid olan ərazilərə yiyələnmək üzrə hiyləsi
-
Sionist rejimin fələstinlilərə aid olan ərazilərə yiyələnmək üzrə hiyləsi
Sionist "Haarets" qəzeti bir reportajda fələstinlilərin minlərlə hektar ərazisinin sionist rejim ordusu tərəfindən ələ keçirilməsi və onun sionist qəsəbə sakinlərinə verilməsi tərzindən xəbər verib.
Sionist "Haarets" qəzetinin tədqiqatçısı Deror Ateks bu reportajda yazıb: 1969-cu ildən bəri işğal olunmuş ərazilərdə fələstinlilərə aid olan torpaqlara yiyələnmək üçün sionist rejim tərəfindən 1150-dən çox məhkəmə göstərişi verilib.
Bu reportaja əsasən, bəzi göstərişlərin ləğvindən sonra məlum olubdur ki, sionist rejim ordusu, komandanların əmri ilə bu torpaqları hərbi və xəfiyyə istifadələri üçün ələ keçirib və sonra qəsəbəsalma üçün sionistlərə veribdir.
Sionist "Haarets" qəzetinin bu tədqiqatçısının yazdığına görə, sionist rejim bu metodla fələstinlilərin ərazilərinin on min hektardan çoxunu işğal edibdir.