İsrail ötən 24 saat ərzində Qəzzədə 100 hədəfə raket zərbəsi endirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336896-İsrail_ötən_24_saat_ərzində_qəzzədə_100_hədəfə_raket_zərbəsi_endirdi
İsrail ordusu cümə günü gecə verdiyi açıqlamada ötən 24 saat ərzində Qəzzədə 100 hədəfə raket zərbələri endirdiyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2019 08:05 Asia/Baku
  • İsrail ötən 24 saat ərzində Qəzzədə 100 hədəfə raket zərbəsi endirdi
    İsrail ötən 24 saat ərzində Qəzzədə 100 hədəfə raket zərbəsi endirdi

İsrail ordusu cümə günü gecə verdiyi açıqlamada ötən 24 saat ərzində Qəzzədə 100 hədəfə raket zərbələri endirdiyini bildirdi.

İRNA-nın məlumatına görə, İsrail ordusu bu hücumun Qəzzə zolağından Təl-Əvivə doğru iki raketin atılmasına cavab olduğunu iddia etdi. 

Fələstinli qruplar isə Qəzzədən Təl-Əvivə doğru heç bir raketin atılmadığını bildiriblər. 

İsrail qırıcıları, helikopterləri və artilleriyası ötən günlərdə Qəzzəni intensiv olaraq hədəfə alırlar. 

İsrail rejimi 2017-ci ildə Qəzzəyə qarşı hava hücumlarını öz gündəminə daxil edib. 

Bu hücumlar heç bir səbəb olmadan həyata keçirilir. 

İsrail rejiminin Qəzzə zolağına olan hücumlarında indiyə kimi minlərlə fələstinli şəhid olub və  yaralanıb. 

Qəzzə zolağı 2006-cı ildən İsrail tərəfindən tam mühasirədə saxlanılır. Məntəqə sakinləri ciddi problemlər ilə üz-üzədirlər.