Fələstinli gəncin anti-sionist müqavimət əməliyyatı
Mart 17, 2019 11:07 Asia/Baku
-
Fələstinli gəncin anti-sionist müqavimət əməliyyatı
Fələstin mənbələri İordan çayının qərb sahilində anti-sionist müqavimət əməliyyatında 2 sionistin öldürülməsi və daha 6 sionistin yaralanmasından xəbər veriblər.
Fələstin Əl-Yəum informasiya mərkəzinin bildirdiyinə görə, Fələstinli gənc mübariz İordan çayının qərb sahilində, Selfit qəsəbəsi yaxınlığında sionist hərbçilərin toplaşdığı məkana hücum edərək, bir neçə İsrail hərbçisini tərksilah edib.
Digər tərəfdən İsrail hərbçiləri bu gün səhər Qüds şəhərində 10 fələstinlini həbs ediblər.
Bu məlumata görə, saxlanılan fələstinlilərdən biri Fəth hərəkatının Qüds şəhərindəki baş katibi Şadi Məturdur.
İordan çayının qərb sahili hər gün İsrail hərbçiləri ilə fələstinlilər arasında qarşıdurmanın şahididir.