İslam Əməkdaşlıq Təşkilatı İstanbulda fövqəladə iclas təşkil edir
Mart 17, 2019 18:06 Asia/Baku
-
İslam Əməkdaşlıq Təşkilatı İstanbulda fövqəladə iclas təşkil edir
Pakistanın xarici işlər naziri bazar günü İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda fövqəladə iclas təşkil etməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Şah Mahmud Qüreyşi dedi: İƏT-in xarici işlər nazirləri şurasının fövqəladə iclası İslam Ümmətini islamofobiya və anti-müsəlman fəaliyyətlər qarşısında birləşdirmək, anti-İslam rəftarlar ilə mübarizədə təsirli həll yollarının tapılması və islamofobiyanın təhlükəli nəticələrinin araşdırılması məqsədilə 22 martda İstanbulda keçiriləcək.
Pakistanın xarici işlər naziri həmçinin bu qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə saxladığı telefon əlaqəsinin ardınca çıxarıldığını dedi.