İraq və İran silahlı qüvvələri baş qərargah rəislərinin Suriya səfərlərinin uğuru
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337084-İraq_və_İran_silahlı_qüvvələri_baş_qərargah_rəislərinin_suriya_səfərlərinin_uğuru
Suriyanın müdafiə naziri: Dəməşqin istəmədiyi təqdirdə, hər bir ölkənin Suriyadakı hərbi iştirakı qanunsuzdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2019 15:51 Asia/Baku
  • İraq və İran silahlı qüvvələri baş qərargah rəislərinin Suriya səfərlərinin uğuru
    İraq və İran silahlı qüvvələri baş qərargah rəislərinin Suriya səfərlərinin uğuru

Suriyanın müdafiə naziri: Dəməşqin istəmədiyi təqdirdə, hər bir ölkənin Suriyadakı hərbi iştirakı qanunsuzdur.

Suriyanın müdafiə naziri deyib: İki qardaş ölkə olan İraq və İran heyətlərinin səfərləri bir tapşırıqdan genişdir və bu səfərlər bütün sahələr və səviyyələrdə son dərəcə uğurlu olub və onun nəticələri regionda təkfirçi terrorizmin yayılması ilə mübarizə sahəsində bizə kömək edir.

Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub İraq və İran silahlı qüvvələri baş qərargahlarının rəisləri ilə birgə mətbuat konfransında əlavə edib: Təbiidir görək ki, Suriya, İraq və İran region olaylarını araşdırmaq üçün bir masanın arxasında əyləşsinlər.

O, sonra deyib: Dəməşqin istəmədiyi təqdirdə, hər bir ölkənin Suriyadakı hərbi iştirakı qanunsuzdur və Suriyanın haqqıdır ki, öz təhlükəsizliyi və istiqlaliyyətini müdafiə etmiş olsun.

O, həmçinin deyib: Suriya sülh və barışıq, həmçinin bununla müxalif olan terrorçularla müharibə yolu ilə Suriyanın geniş məntəqələrini geri ala bildi.

Suriyanın müdafiə naziri vurğulayıb: Bizim silahlı qüvvələrimiz hazır vəziyyətdədirlər və Suriya ərazisindən heç bir nöqtə nəzarətdən kənarda qalmayacaqdır.