Nablosda 2 fələstinli şəhid edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337238-nablosda_2_fələstinli_şəhid_edilib
Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində fələstinlilərin üzərinə atəş açması nəticəsində 2 fələstinli gənc şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2019 06:47 Asia/Baku
  • Nablosda 2 fələstinli şəhid edilib

Sionist rejim hərbçilərinin İordan çayının qərb sahilinin şimalında Nablos şəhərində fələstinlilərin üzərinə atəş açması nəticəsində 2 fələstinli gənc şəhid olub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri Nablos şəhərində Raid Həmdan və Zeyd Nurinin avtomobilini atəşə tutublar və bu iki fələstinli gənci şəhid ediblər. 

Öncə də Selfit əməliyyatını icra edən Ömər Əbu-Leyli Ramullahın ətrafında sionist hərbçilərlə toqquşmada şəhid edilmişdir. 

Fələstin müqavimət qrupları dəfələrlə bildiriblər ki, bu kimi əməliyyatlar işğalçıların Fələstin xalqına qarşı cinayətlərinə təbii cavabdır.