Pompeo Cövlan hündürlüklərindən "işğal olunmuş" sözünün çıxarılmasını dəstəkləyib
ABŞ dövlət katibi ABŞ dövlət departamentinin illik hesabatında Suriyanın Cövlan hündürlükləri barədə ifadədən "işağal olunmuş" sözünün çıxarılamsını dəstəklədiyini bildirib.
İRNA-nın verdiyi məlumata görə, Mayk Pompeo bu hesabatda istifadə olunmuş sözlərin tam doğru olduğunu dilə gətirib.
ABŞ Dövlət Departamenti ötən həftə çərşənbə günü yaydığı insan haqları mövzusunda özünün illik hesabatında Cövlan hündürlükləri barədə ifadədə " İsrailin işğalı altında" sözünü " İsrailin nəzarəti altında" sözü ilə əvəz edib.
Sionist rejim 1967-ci ildə Cövlan hündürlüklərində Suriya ərazilərinin 1200 kvadrat kilometrini işğal etdi və bir müddətdən sonra bu əraziləri işğal olunmuş Fələstin ərazilərinə ilhaq etdi. Beynəlxalq ictimaiyyət heç vaxt bu ilhaqı rəsmən tanımayıb.
Birləşmiş Millətlər Təşkilatı da bu əraziləri işğal olunmuş ərazilər adlandırıb.