Sionist qüvvələrin Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337333-sionist_qüvvələrin_qəzzə_zolağına_qarşı_hava_hücumunda_yeddi_fələstinli_yaralanıb
Sionist rejimin dünən gecə Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 22, 2019 05:41 Asia/Baku
  • Sionist qüvvələrin Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb
    Sionist qüvvələrin Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb

Sionist rejimin dünən gecə Qəzzə zolağına qarşı hava hücumunda yeddi fələstinli yaralanıb.

Bu hücum Qəzzə zolağının cənubunda yerləşən Rəfəh vilayətinin şərqində baş verib.

Belə bir halda, sionist rejim ordusu bir bəyanatda bu hücumları təsdiqləyərək, iddia edib ki, Həmas hərəkatının Qəzzə zolağının cənubunda yerləşən bir neçə bazasını hədəfə alıbdır.

Sionist rejim qırıcıları ötən bazar günü də dəfələrlə Qəzzə zolağına hücum edərək, bu zolağın bəzi nöqtələrini bombardman etmişdilər.

Sionistlərin Qəzzə zolağına qarşı hücumları son günlər şiddətlənibdir. Bir çox analitiklər bunu,  sionist qəsəbə sakinlərinin səslərini əldə etmək istiqatməində Benyamin Netanyahu tərəfindən atılan addım kimi təbir edirlər.

Sionist rejim parlamenti- knessetə seçkilər, həmçinin bu rejimin baş nazir seçkiləri aprelin doqquzunda keçiriləcəkdir.