"Qayıdış Haqqı" yürüşündə 34 yaralı
-
"Qayıdış Haqqı" yürüşündə 34 yaralı
Fələstinlilərin böyük “Qayıdış Haqqı” yürüşünün birinci ildönümünə bir həftə qalmış Qəzzədə keçirilən cümə yürüşündə on minlərlə nəfər iştirak edib. Aksiya iştirakçıları işğalçılığa qarşı mübarizəyə təkid ediblər.
Fələstinlilərin böyük “Qayıdış Haqqı” yürüşünün birinci ildönümünə təqribən bir həftə qalmış on minlərlə fələstinli dünən cümə Qəzzə zolağının müxtəlif məntəqələrində “Qayıdış Haqqı” yürüşündə iştirak edərək, bir daha sionistlər qarşısında müqavimət və mübarizəyə təkid etdilər. Onlar işğalçılığa qarşı sivil və hərbi mübarizənin fələstinlilərin təbii və qanuni haqqı olduğunu vurğulayıblar.
Fələstin vətəndaşı: “On minlərlə fələstinlinin bu yürüşdə iştirak etməsi, mübarizə və müqavimətin davam edəcəyinə bir təkiddir. Daxili ixtilaflara bel bağlayanlar bilməlidirlər ki, fələstinlilər Amerikan-Sionist düşmən və onun fitnələri ilə mübarizədə bir-birilərinin kənarındadırlar.”
Fələstin vətəndaşı: “Qayıdış Haqqı yürüşləri fələstinlilərin öz məqsədlərinə çatacaqları zamana kimi davam edəcək. Bizim başlıca məqsədimiz Qəzzənin mühasirəsinə son qoymaqdır. Fələstin xalqı işğalçılığa son qoyulmasını və öz torpaqlarına qayıtmasını istəyir.”
Cümə günü Qəzzə ilə işğal edilmiş ərazilər arasındakı sərhəd məntəqəsində keçirilən etiraz aksiyasında sionistlər bir daha fələstinlilərə tərəf atəş açaraq, onlarla fələstinlini yaralayıblar. Yaralılardan 15-nin vəziyyəti ağır elan edilib.
Fələstin vətəndaşı: “Biz sionist düşmən ilə mübarizədən qorxmuruq. Bu mübarizə bizə aid olanları sionist düşməndən geri alacağımız zamana kimi davam edəcək. Biz “Əsrin anlaşması”nı rədd edir və ona qarşıyıq. Fələstin xalqı didərgin düşdüyü torpaqlara qayıtmağı öz haqqı bilir və bu yolda güzəştə getməyəcək.”
Bura Qəzzədir. Fələstinlilər işğalçılar qarşısında dayanaraq, torpaqlarının düşmənin işğalı altında olduğu zamana kimi mübarizədən əl çəkməyəcəklərini bir daha bütün dünyaya nümayiş etdirdilər.