Terrorçular Həmaha kimyəvi hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337483-terrorçular_həmaha_kimyəvi_hücum_ediblər
Suriyanın Sana informasiya agentliyi dünən gecə terrorçuların bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimalındakı bir kəndə qarşı kimyəvi hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2019 07:29 Asia/Baku
  • Terrorçular Həmaha kimyəvi hücum ediblər

Suriyanın Sana informasiya agentliyi dünən gecə terrorçuların bu ölkənin qərbində yerləşən Həmah vilayətinin şimalındakı bir kəndə qarşı kimyəvi hücumundan xəbər verib.

Sana bildirib ki, bu hücumda azı 24 Suriya vətəndaşı boğuntu və kimyəvi zəhərlənmə halına düşüb.

Suriyanın Ələxbariyyə kanalı da xəbər veribdir ki, bu 24 nəfər xəstəxanaya köçürülübdür.

Terrorçular bundan öncə də Suriyanın müxtəlif məntəqələrində, o sıradan Hələb, Xan Şəyxun və Şərqi Qutədə kimyəvi hücumlar keçirərək, rəsmi Dəməşqi bu hücumlarda məsuliyyət daşıyan tərəf kimi təqdim etməyə çalışırdılar ki, bu yolla Qərbin Suriyaya qarşı hərbi hücumu üçün bir bəhanə yaratmış olsunlar.