Sionist rejim Beyt-Hanuna təcavüz edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337572-sionist_rejim_beyt_hanuna_təcavüz_edib
Sionist rejim bu gün səhər tezdən Qəzzə zolağında yerləşən Beyt-Hanun şəhərinin şərqini artilleriya hədəfinə alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2019 08:02 Asia/Baku
  • Sionist rejim Beyt-Hanuna təcavüz edib

Sionist rejim bu gün səhər tezdən Qəzzə zolağında yerləşən Beyt-Hanun şəhərinin şərqini artilleriya hədəfinə alıbdır.

Sionist rejim ordusu iddia edibdir ki, bu hücumda Həmas-ın üç üzvü yaralanıbdır.

Fələstinli mənbələr də sionistlərin Qəzzə zolağının "Cəhr Əldəyk" məntəqəsində yerləşən bir müqavimət bazasına qarşı yeni hava hücumundan xəbər veriblər.

Bu gün səhər saat ikiyədək sionist rejim artilleriyası və qırıcıları tərəfindən Qəzzə zolağına qarşı beş hava hücumu həyata keçirilib.

Dünən də sionist rejimin bir ədəd qırıcısı Qəzzənin cənubundan işğal olunmuş Fələstinə tərəf iri miqdarda partlayıcı maddələrin göndərilməsinin əvəzini çıxmaq iddiası ilə Həmas-ın Qəzzənin cənubunda yerləşən iki gözətçi qülləsini bombardman etmişdi.

Sionist rejimin bir ədəd pilotsuzu da şənbə günü axşam Qəzzə zolağının mərkəzində yerləşən Əlbəric düşərgəsinin şərqindəki fələstinlilərə tərəf bir raket atdı. Nəticədə azı beş fələstinli yaralandı.

Fələstinli gənclər xəbərdarlıq ediblər ki, sionist rejimin cinayətlərinə cavab olaraq, Qəzzə sərhədlərindəki gecə əməliyyatlarını artıracaqlar.