Beyt-Ləhmdə fələstinli yardımçı şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i337654-beyt_ləhmdə_fələstinli_yardımçı_şəhid_olub
Sionist rejim hərbçilərinin atəşləri ilə İordan çayının qərb sahilində yaralanmış fələstinli yardımçı yaralarının ağırlığı üzündən şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2019 14:29 Asia/Baku
  • Beyt-Ləhmdə fələstinli yardımçı şəhid olub

Sionist rejim hərbçilərinin atəşləri ilə İordan çayının qərb sahilində yaralanmış fələstinli yardımçı yaralarının ağırlığı üzündən şəhid olub.

Fələstin səhiyyə nazirliyi bu gün bildirib ki, 17 yaşlı fələstinli- Sacid Məzhər bundan öncə sionist rejim hərbçilərinin atəşləri ilə Beyt-Ləhmin cənubunda yaralanmışdı.

Fələstin səhiyyə nazirliyi bazar günü də şənbə günü gecə Qəzzənin şərqində sionist rejim hərbçilərinin atəşləri nəticəsində sinə nahiyəsindən yaralanmış fələstinli gənc Həbib Həmzə Misrinin şəhadətindən xəbər vermişdi.

Sionist rejim ordusu son günlər Qəzzə daxil olmaqla fələstinli məntəqələrə və Fələstin xalqına qarşı hücumlarını şiddətləndiribdir.