Mart 30, 2019 15:02 Asia/Baku
  • Fələstinlilər qayıdış yürüşünün birinci ildönümündə iştiraka hazırlaşırlar
    Fələstinlilər qayıdış yürüşünün birinci ildönümündə iştiraka hazırlaşırlar

Qəzzə zolağındakı Fələstin xalqı Yer günündə- "Qayıdış haqqı" yürüşünün başlanmasının birinci ildönümündə milyonluq aksiyada iştiraka hazırlaşır.

Sionist rejim ordusu fələstinlilərin dinc aksiyalarına reaksiyada Qəzzə zolağı ilə sərhədlərdə yerləşən öz hərbçiləri və artilleriyasını hazır vəziyyətə gətiribdir.

Fələstin xalqı yardım çadırları qurub, xidmətlər göstərməklə bugünkü qayıdış yürüşünü milyonluq şəkildə keçirməyə çalışır.

Fələstin səhiyyə nazirliyi bildirib ki, "Qayıdış haqqı" yürüşünün 2018-ci il martın otuzunda başlanmasından bəri sionistlərin atəşləri nəticəsində 266 fələstinli şəhid olub, on altı mindən çox fələstinli də yaralanıbdır.

 

Teqlər