Mart 31, 2019 19:03 Asia/Baku
  • Küveyt Bəhreyn konfransını boykot edib
    Küveyt Bəhreyn konfransını boykot edib

Sionist rejim başçılarından bir qrupunun Bəhreyndə keçiriləcək "Sahibkarlıq" konfransında iştirak etməsinin ardınca Küveytin sənaye naziri bu konfransda iştirakdan vaz keçib.

Küveyt parlamentinin üzvü Abdullah Əlkəndari deyib ki, bu ölkənin sənaye və ticarət naziri Xalid Əlrizvan parlamentin xahişinə əsasən, aprelin on beşində Bəhreyndə keçiriləcək bu konfransda iştirak etməmək qərarına gəlibdir.

Küveyt parlamentinin üzvü bu ölkənin dövləti və xalqının sionist rejimlə əlaqələrin adiləşdirilməsilə müxalifət etmələrinə toxunaraq, deyib: Küveyt heyətinin sionist rejim ünsürləri ilə bir zamanda Bəhreyndə keçiriləcək "Sahibkarlıq" konfransında iştirak etməsi Küveytin mövqeləri ilə təzad təşkil edir.

Küveyt parlamentinin üzvləri Manama konfransının boykot edilməsini istəyərək, bildiriblər ki, bu konfransda iştirak, sionist rejimlə əlaqələrin adiləşdirilməsi deməkdir.

Teqlər