Apr 05, 2019 19:51 Asia/Baku
  • İsrail ordusunda intihar və fərarilik halları artır
    İsrail ordusunda intihar və fərarilik halları artır

Livanın Əl-Əhd informasiya portalı İsrail hərbçiləri arasındakı depressiya və məyusluğun onlar arasında intihar və itaətsizliyin artmasına səbəb olduğunu yazıb.

İRİB-nin bildirdiyinə görə, Şarl Əbi Nadir cümə axşamı bir məqalədə yazıb: Qəzzə və Suriyada sionistlərin böyük bir qarşıdurma ilə üzləşəcəkləri ehtimalını nəzərə alaraq, Qəzzə zolağı ilə sərhəd məntəqədə yerləşən xüsusi təyinatlı "Qolani" batalyonunun onlarla üzvü işğal edilmiş Fələstinin cənubundakı əməliyyatlarda və təlimlərdə iştirakdan boyun qaçırdırlar.

Bu məqalədə həmçinin deyilir: İsrail ordusunun daim gücləndirilmiş iş rejimində olması hərbçilər arasında depressiya və ümidsizliyə səbəb olub. Çünki, onlar məzuniyyət haqlarından istifadə edə bilmirlər.

Teqlər