İraq İŞİD ilə mübarizədə xüsusi roluna görə Sepah-a təşəkkür etdi
-
İraq İŞİD ilə mübarizədə xüsusi roluna görə Sepah-a təşəkkür etdi
İraq Kəşfiyyatının sədri İran İslam Respublikasının İraqdakı hərbi attaşesi Mustafa Muradiyan ilə görüşdə İraq və Suriyada İŞİD başda olmaqla terrorçulara qarşı savaşdakı xüsusi roluna görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-a təşəkkür etdi.
İRNA-nın məlumatına görə, general-mayor Səd Əlaq bu görüşün kənarında, Sepah-ın terrorçular ilə savaşdakı misilsiz rolunu yüksək qiymətləndirməklə yanaşı, İraq ordusu adından təşəkkür əlaməti olaraq Mustafa Muradiyana bir ədəd silah hədiyyə etdi.
BU görüşdə tərəflər ikitərəfli əlaqələr və əməkdaşlıqların son durumunu müzakirə ediblər.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın adını terrorçu qruplar siyahısına daxil etdiyini açıqladı.
İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah ABŞ-ın regiondakı terrorçu qrupları ilə mübarizədə misilsiz rola malik olub.
Sepah İraq və Suriyada ABŞ-ın himayəsində olan terrorçular ilə mübarizə aparmaq üçün bu ölkələrin qanuni istəyi əsasında onlara yardım edib. Sepah-ın bu fədakarlığı ABŞ-ın regionla bağlı bütün nəhs planlarının iflasa uğramasına səbəb olub. Buna görə də Tramp və onun hökuməti bu məğlubiyyəti "həzm" edə bilmirlər.