İsrail məhkəməsi Qüdsdə fələstinlilərə məxsus yüzlərlə evin dağıdılmasına dair qərar çıxartdı
Apr 14, 2019 19:53 Asia/Baku
-
İsrail məhkəməsi Qüdsdə fələstinlilərə məxsus yüzlərlə evin dağıdılmasına dair qərar çıxartdı
İsrail məhkəməsi Qüdsün Silvan və Əbutur məntəqəsinin fələstinli sakinlərinin appelyasiya şikayətinə baxarkən, onların evlərinin dağıdılmasına dair ilkin instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İsrail məhkəməsi bundan öncə yüzlərlə fələstinlinin evlərinin sökülməsinə dair qərar çıxartmışdı. Bu evlərin yerləşdiyi ərazinin sionist sakinli Əl-Ad qəsəbəsi sakinləri üçün əyləncə və istirahət mərkəzinə çevrilməsi nəzərdə tutulub.
Bu məntəqədə təqribən 60 yaşayış binası var və təqribən 500 fələstinli bu evlərdə yaşayır.