Sionist rejim heyətinin Manamaya səfərinin ləğvi Bəhreyn xalqının iradəsinin qələbəsi idi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i338906-sionist_rejim_heyətinin_manamaya_səfərinin_ləğvi_bəhreyn_xalqının_iradəsinin_qələbəsi_idi
İki bəhreynli hərəkat sionist rejim heyətinin Manamaya səfərinin ləğvinə reaksiyada bu hadisəni Bəhreyn xalqının iradəsinin qələbəsi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2019 07:53 Asia/Baku
  • Sionist rejim heyətinin Manamaya səfərinin ləğvi Bəhreyn xalqının iradəsinin qələbəsi idi
    Sionist rejim heyətinin Manamaya səfərinin ləğvi Bəhreyn xalqının iradəsinin qələbəsi idi

İki bəhreynli hərəkat sionist rejim heyətinin Manamaya səfərinin ləğvinə reaksiyada bu hadisəni Bəhreyn xalqının iradəsinin qələbəsi adlandırıb.

Bəhreyndə "Vəfa" islami cərəyanı və "Haqq" hərəkatı vurğulayıblar ki, sionist rejim heyətinin Manamaya səfərinin ləğvi bu rejimlə əlaqələrin adiləşdirilməsi ilə müxalifət səylərinin uğuru və Bəhreyn xalqının iradəsinin qələbəsi sayılır. Bu iki hərəkat sionist rejimlə əlaqələrin adiləşdirilməsinə qarşı xalq etirazları və fəaliyyətlərinin davam etdirilməsini istəyibdir.

"Vəfa" islami cərəyanı və "Haqq" hərəkatı birgə bəyanatda vurğulayıblar ki, sionist düşmənlə əlaqələrin adiləşdirilməsi cinayətdir və müqavimətin davam etdirilməsi çərçivəsində siyasi sistemin sionistlərlə əlaqələrini izləmək, xalqın borcudur.. Sionist rejimin tacirlər və məsul şəxslərdən ibarət heyəti Bəhreyndə keçirilən bir işgüzar konfransda iştirak etməli idi, amma təhlükəsizlik nigarançılıqları adlandırılan məsələyə görə, Manamaya olan bu səfər ləğv edildi.